Qlobal əmtəə bazarlarında enerji, metal və kənd təsərrüfatı məhsulları üzrə qiymət dəyişiklikləri açıqlanıb.
Məlumata görə, enerji seqmentində təbii qaz bazarlarında artım qeydə alınıb. Böyük Britaniya təbii qazı 3,81%, Avropa İttifaqı qazı 3,68%, Almaniyanın TTF (THE) qazı isə 3,08% bahalaşıb. Eyni zamanda Brent nefti 1,32%, WTI markalı xam neft isə 0,95% artıb. Yeganə azalma isə qlobal təbii qaz göstəricisində 2,49% olub.
Metal bazarında fərqli dinamika müşahidə edilib. Platin 2,36% ucuzlaşıb. Dəmir filizi (Çin yuanı ilə) 0,91%, polad armatur isə 0,79% azalıb. Gümüş 1,85%, mis 0,95%, qızıl isə 0,28% bahalaşıb.
Kənd təsərrüfatı məhsulları üzrə isə kərə yağı 1,88%, kakao 1,51% bahalaşıb.
Analitiklər bildirirlər ki, bazarlardakı dəyişikliklər enerji tələbi, dolların möhkəmlənməsi və geosiyasi risklərin təsiri ilə formalaşır.