Neft və dolların güclənməsi qızılın qiymətini aşağı salıb

Neft və dolların güclənməsi qızılın qiymətini

Asiya ticarət sessiyasının əvvəlində qızılın qiyməti azalıb. Buna səbəb ABŞ, İsrail və Iran arasında müharibənin sürətlə eskalasiya etməsi fonunda investorların vəsaitlərini daha çox neftə və ABŞ dollarına yönəltməsi olub.

Bununla belə, qızıl qiymətləri hələ də unsiya üçün 5 000 dollardan yuxarı qalır. Müharibə fonunda “təhlükəsiz aktivlərə” tələbin artması qızıla marağın tam zəifləməsinin qarşısını alır və qiymətlərin nisbətən yüksək səviyyədə qalmasına kömək edir.

Spot qızılın qiyməti Bakı vaxtı ilə saat 00:54-ə olan məlumata görə 2% azalaraq unsiya üçün 5 064,71 dollar səviyyəsinə düşüb. Eyni zamanda qızıl fyuçersləri 1,6% enərək unsiya üçün 5 073,21 dollar səviyyəsində ticarət olunub.

MONETAR.AZ