Son illərdə içkilər nə qədər bahalaşıb?

Son illərdə içkilər

Azərbaycanda 2021-2025-ci illər ərzində bir sıra içki məhsullarının orta pərakəndə satış qiymətlərində artım müşahidə olunub.

Məlumatların müqayisəsi göstərir ki, ən yüksək bahalaşma meyvə şirələrində qeydə alınıb. Belə ki, 2021-ci ildə 1 litr meyvə şirəsinin orta qiyməti 1,96 manat olduğu halda, 2025-ci ildə bu göstərici 2,53 manata yüksəlib. Nəticədə məhsulun qiyməti 0,57 manat və ya 29,1 faiz artıb.

Qara və ya yaşıl çayın (500 qram, çəkilə satılan) orta qiyməti isə 10,35 manatdan 13,26 manata yüksələrək 2,91 manat və ya 28,1 faiz bahalaşıb.

Tez həll olunan qəhvənin 100 qramlıq qablaşdırmasının orta qiyməti 2021-ci ildəki 5,78 manatdan 2025-ci ildə 7,88 manata çatıb. Bu isə 2,10 manat və ya 36,3 faiz artım deməkdir.

Kakao tozunun 100 qramının orta qiyməti 2,67 manatdan 3,58 manata yüksələrək 34,1 faiz artıb.

Mineral və bulaq suyunun 1 litrinin orta qiyməti 0,97 manatdan 1,32 manata qalxıb. Beləliklə, bu məhsul üzrə artım 36,1 faiz təşkil edib.

Qazlı içkilər arasında kola içkisinin 1 litrinin qiyməti 1,07 manatdan 1,42 manata yüksələrək 32,7 faiz artıb. Limonadın orta qiyməti isə 1,54 manatdan 2,10 manata çataraq 36,4 faiz bahalaşıb.

Energetik içkilərdə qiymət artımı nisbətən zəif olub. Belə ki, 0,25 litrlik energetik içkinin orta qiyməti 2021-ci ildə 0,89 manat olduğu halda, 2025-ci ildə 0,98 manat təşkil edib. Bu isə 10,1 faizlik artıma bərabərdir.

MONETAR.AZ