“Şəmkir-Taxıl” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 24 iyul 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.
Məlumata görə, yığıncağın gündəliyinə bir sıra təşkilati məsələlər daxil edilib. Belə ki, iclasda səhmdar cəmiyyətin idarə heyətinin, müşahidə (direktorlar) şurasının və maliyyə-təftiş komissiyasının tərkibinin formalaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi məsələsinə baxılacaq. Yığıncaqda digər cari məsələlərin də müzakirəsi planlaşdırılır.
MONETAR.AZ