9 İyun – Beynəlxalq Dostlar Günüdür

9 İyun – Beynəlxalq

Bu gün dünyada qeyri-rəsmi bayram kimi qeyd olunan Beynəlxalq Dostlar Günüdür.

Dostluq bütün dövrlərdə insanların mənəvi həyatında mühüm yer tutub. Müxtəlif xalqlar və mədəniyyətlər dostluğu ən böyük mənəvi dəyərlərdən biri hesab edir. Bu səbəbdən dünyanın bir çox ölkəsində dostluğa həsr olunan xüsusi günlər və bayramlar qeyd edilir.

Hər il iyunun 9-da qeyd olunan Beynəlxalq Dostlar Günü insanlara dostluğun əhəmiyyətini bir daha xatırladır. Bu tarix dostlarla münasibətləri möhkəmləndirmək, onlara diqqət və qayğı göstərmək üçün simvolik gün hesab olunur.

9 iyunun Dostlar Günü kimi qeyd olunmasının kim tərəfindən təsis edildiyi dəqiq məlum deyil. Buna baxmayaraq, bu gün dünyanın müxtəlif ölkələrində dostluğun və qarşılıqlı etimadın təbliği məqsədilə qeyd olunur.

MONETAR.AZ