Azərbaycanın iqtisadi göstəricilərində artım və sabitlik müşahidə olunur

Azərbaycanın iqtisadi göstəricilərində artım

2025-ci ildə Azərbaycanın iqtisadi göstəriciləri artım dinamikasını qoruyub saxlayıb. Maliyyə naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bildirib ki, ölkə iqtisadiyyatında sabitlik və maliyyə dayanıqlığı güclənməkdə davam edir.

Nazir qeyd edib ki, ÜDM-in artması ilə yanaşı qeyri-neft sektorunun payı da yüksəlib. Əhalinin gəlirlərindəki artım inflyasiyanı üstələyərək sosial rifah göstəricilərinə müsbət təsir göstərib.

O həmçinin vurğulayıb ki, dövlət borcunun ÜDM-ə nisbətinin aşağı düşməsi və valyuta ehtiyatlarının yüksək səviyyəsi Azərbaycanın makroiqtisadi sabitliyini möhkəmləndirən əsas amillərdir.

S.Babayevin sözlərinə görə, qarşıdakı illərdə əsas hədəf fiskal dayanıqlığın gücləndirilməsi və qeyri-neft gəlirlərinin artırılmasıdır.

MONETAR.AZ