Çin strateji sahələrdə startapların inkişafını gücləndirəcək

Çin strateji sahələrdə startapların inkişafını

Pekin administrasiya rəhbərliyi yeni dövrün tələblərinə uyğun olaraq strateji əhəmiyyətli sahələrdə yüksək texnoloji startapların, ixtisaslaşmış şirkətlərin və dəyəri bir milyard dolları keçən "unicorn" layihələrin sayını kəskin artırmağı qarşıya məqsəd qoyub.

Çin Dövlət Şurasının icra komitəsinin geniş tərkibli iclasında çıxış edən Baş nazir Li Qianq dövlətin bu yeni iqtisadi yol xəritəsini elan edib. Ölkənin rəsmi televiziya kanalı "CCTV" tərəfindən yayımlanan məlumata görə, hökumət rəhbəri eyni zamanda əhalinin əsas qrupları üçün məşğulluq imkanlarının genişləndiriləcəyini və müasir çevik iş modellərinin təşviq ediləcəyini diqqətə çatdırıb.

Çinin iqtisadi strategiyasının digər mühüm istiqaməti isə qabaqcıl sənaye və yüksək texnologiyalı istehsal sahələrinə daha çox birbaşa xarici investisiyaların cəlb olunmasıdır. Lakin Baş nazir Li Qianq xəbərdarlıq edib ki, bu investisiya axını fonunda bazarlarda xaotik və kor-koranə spekulyativ meyllərin yaranmaması üçün dövlətin tənzimləyici nəzarət mexanizmləri daha da təkmilləşdiriləcək və proseslərə ciddi nəzarət olunacaq.

Hökumətin bəyan etdiyi iqtisadi paketin əsas hədəflərindən biri də qlobal təchizat zəncirindəki risklərdən qorunmaqdır. Belə ki, iclasın yekununda Çinin milli enerji təhlükəsizliyinin gücləndirilməsi və daxili sənaye zəncirlərinin xarici təsirlərə qarşı dayanıqlığının maksimum həddə çatdırılması üçün sistemli işlərin fasiləsiz davam etdiriləcəyi vurğulanıb.

MONETAR.AZ