Azərbaycan Mərkəzi Bankının açıqladığı 2026-cı ilin fevral ayı üzrə bank müştərilərinin şikayət indeksi siyahısında bəzi bankların adı yer almayıb. FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, bu banklar üzrə həmin ay ərzində Mərkəzi Banka heç bir şikayət daxil olmayıb.
Məlumata əsasən, Ziraat Bank Azərbaycan ASC, Azərbaycan Sənaye Bankı ASC, Premium Bank ASC və Bank Avrasiya ASC üzrə fevral ayında tənzimləyici quruma müştəri şikayəti qeydə alınmayıb. Buna görə də həmin banklar üzrə şikayət indeksi hesablanmayıb və reytinq cədvəlinə daxil edilməyiblər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bank xidmətlərindən istifadə ilə bağlı şikayət indeksini aylıq əsasda açıqlayır. Göstərici banklara daxil olan müraciətlərin sayı və müştəri bazası nəzərə alınmaqla hesablanır. İndeksin yüksək olması müştəri şikayətlərinin daha çox olduğunu, aşağı olması isə şikayətlərin nisbətən az olduğunu göstərir.
MONETAR.AZ