Türk lirəsinin real dəyəri may ayında azalıb

Türk lirəsinin real dəyəri

Türkiyə Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, istehlak qiymətləri indeksi (TÜFE) bazlı Real Effektiv Valyuta Məzənnəsi (REK) indeksi may ayında əvvəlki ayla müqayisədə 0,44 bənd azalaraq 105,55 səviyyəsinə enib.

Məlumata görə, aprel ayında son 6 ilin ən yüksək göstəricisinə yüksələn indeks may ayında geriləyib.

REK indeksinə təsir edən amillərin təhlili göstərir ki, may ayında türk lirəsinə nisbətdə ABŞ dolları orta hesabla 1,49 faiz, avro isə 1,59 faiz bahalaşıb. Eyni zamanda, Türkiyədə istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,71 faiz, istehsalçı qiymətləri indeksi (Yİ-ÜFE) isə 2,75 faiz artıb.

Türkiyədə inflyasiya göstəricilərindəki dəyişiklik indeksin yüksəlməsinə müsbət təsir göstərsə də, dünya üzrə istehlak qiymətləri səbəti və nominal məzənnə səbətindəki dəyişikliklər əks istiqamətdə təsir edərək indeksin azalmasına səbəb olub.

Mərkəzi Bankın məlumatına əsasən, istehsalçı qiymətləri indeksi bazlı real effektiv valyuta məzənnəsi də may ayında 105,99-dan 105,55-ə geriləyib.

MONETAR.AZ