10 ildə ən çox bahalaşan nəqliyyat növü metro olub - 2,6 dəfə

10 ildə ən çox bahalaşan nəqliyyat növü metro olub -

2015-ci il baza ili (2015=100) əsasında aparılan hesablamalara görə, Azərbaycanda nəqliyyat, anbar təsərrüfatı, poçt, kuryer, rabitə və əlaqəli xidmətlər üzrə qiymət indeksləri 2021–2025-ci illərdə artıb .

Statistik göstəricilərə əsasən, 2025-ci ildə nəqliyyat, anbar təsərrüfatı və poçt xidmətləri üzrə ümumi qiymət indeksi  2015-ci illə müqayisədə 58,3 faiz artıb.

Yükdaşıma xidmətlərində də oxşar artım tendensiyası müşahidə olunub. Belə ki, nəqliyyatda yükdaşıma qiymət indeksi 59,5 faiz artıb.

Sərnişindaşıma xidmətlərində isə daha yüksək artım qeydə alınıb. Bu sahə üzrə qiymət indeksi 165,2 bəndə yüksələrək 2015-ci illə müqayisədə 65,2 faiz artım nümayiş etdirib.

Nəqliyyat növləri üzrə göstəricilərə baxdıqda, ən yüksək artım avtomobil və metro nəqliyyatında müşahidə olunub. Bu sahədə qiymət indeksi 154,5 bəndə çataraq baza illə müqayisədə 54,5 faiz artıb. Xüsusilə metro nəqliyyatında qiymət indeksi  162,6 faiz artım göstərib.

Hava nəqliyyatında sərnişindaşıma qiymətləri 163,9 bəndə yüksələrək 2015-ci illə müqayisədə 63,9 faiz artım təşkil edib. Yükdaşımada isə hava nəqliyyatı üzrə qiymət indeksi 198,2 bəndə çataraq 98,2 faiz artım nümayiş etdirib.

Dəmir yolu nəqliyyatında yükdaşımalar üzrə qiymət indeksi 159,0 bənd səviyyəsində formalaşaraq 59 faiz artım göstərib və dövr ərzində sabit dinamika qorunub.

Avtomobil nəqliyyatında yükdaşımalar üzrə qiymət indeksi isə 108,4 bənd təşkil edərək daha zəif – 8,4 faiz artım nümayiş etdirib.

Mütəxəssislərin fikrincə, nəqliyyat və rabitə sektorunda qiymət artımı əsasən logistika xərcləri, yanacaq qiymətləri, beynəlxalq daşımalar və xidmət tələbindəki dəyişikliklərlə bağlıdır.

MONETAR.AZ