2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda toxuculuq sənayesində ciddi artım qeydə alınıb. Ən yüksək dinamika pambıq ipliyi istehsalında müşahidə olunub.
Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkədə 8 min 296,5 ton pambıq ipliyi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,4 faiz çoxdur.
Pambıq mahlıcı istehsalı da artaraq 48 min 77,8 tona çatıb. Bu sahədə artım 17,2 faiz təşkil edib. Pambıq parçalarının istehsalı isə sabit qalıb və cüzi — 0,8 faizlik yüksəliş qeydə alınıb.
Bununla yanaşı, pambıq yataq ağlarının istehsalında ciddi azalma müşahidə olunub. İstehsal əvvəlki ilin müvafiq dövrünün cəmi 43 faizi səviyyəsində olub.
Anbar ehtiyatlarında isə ən böyük göstərici pambıq mahlıcı üzrə qeydə alınıb - 27,9 min ton.
MONETAR.AZ