Azərbaycandan qoz-fındıq ixracının miqdarı azalıb, gəliri isə artıb

Azərbaycandan qoz-fındıq ixracının miqdarı azalıb,

Azərbaycanın qoz-fındıq ixracında maraqlı tendensiya müşahidə olunub. 2026-cı ilin ilk doqquz ayında ixrac edilən məhsulun miqdarı azalsa da, onun ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.

Monetar.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 12,4 min ton qoz-fındıq ixrac edilib. Bu, ötən ilin eyni dövründəki 14,2 min tonla müqayisədə 12,7% azdır.

Bununla belə, ixracın dəyəri 102,5 milyon dollardan 120,3 milyon dollara yüksəlib. Beləliklə, ixracın miqdarı azalmasına baxmayaraq, ölkəyə daxil olan gəlir 17,4% və ya 17,8 milyon dollar artıb.

Hesablamalara görə, ixrac edilən qoz-fındığın bir tonunun orta statistik dəyəri təxminən 7,2 min dollardan 9,7 min dollara yüksəlib. Bu göstərici 34,4% artıma bərabərdir.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracının ümumi dəyəri 866,7 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çoxdur.