Siqaret istehsalı 23 faiz, tütün istehsalı 3 dəfə artıb

Siqaret istehsalı 23 faiz,
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda tütün məhsullarının istehsalında ciddi artım qeydə alınıb. Statistik məlumatlara əsasən, ölkədə siqaret istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 5 milyard 408,5 milyon ədədə çatıb.

Emal olunmuş tütün istehsalında isə daha yüksək dinamika müşahidə olunub. Bu məhsul üzrə istehsal əvvəlki ilin göstəricisini 3 dəfədən çox üstələyib və 1835 ton təşkil edib.

Sənaye müəssisələrinin anbarlarında siqaret ehtiyatı 1 milyard 89,4 milyon ədəd olub. Emal olunmuş tütün ehtiyatı isə 1404,3 ton təşkil edib.

Ekspertlər hesab edirlər ki, istehsaldakı artım həm daxili bazarda tələbat, həm də ixrac imkanlarının genişlənməsi ilə bağlıdır.

MONETAR.AZ