Tərəvəz istehsalı artır, kartof azalır

Tərəvəz istehsalı artır,

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda bitkiçilik sahəsində istehsal göstəricilərində fərqli tendensiyalar müşahidə olunub. Tərəvəz istehsalında artım qeydə alındığı halda, kartof istehsalında azalma baş verib.

Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkədə 165,5 min ton tərəvəz istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artım deməkdir. Kartof istehsalı isə 11,9 faiz azalaraq 45,8 min ton olub.

Eyni zamanda, yaz-tarla işləri davam etdirilib və mayın 1-nə qədər ölkə üzrə ümumilikdə 265,1 min hektar sahədə yazlıq bitkilər əkilib. Bu göstərici ötən illə müqayisədə 2 faiz azdır.

Əkin strukturu üzrə ən böyük pay texniki və dənli bitkilərə düşüb. Dənli və dənli paxlalı bitkilərin əkini 10 faiz azalaraq 45,4 min hektar olub. Texniki bitkilərdə isə 0,8 faiz azalma qeydə alınıb.

Tərəvəz əkini 9,4 faiz azalaraq 39,4 min hektar təşkil edib. Kartof sahələri də 2,1 faiz kiçilib.

Bunun əksinə olaraq, yemlik bitkilərin əkini 15,5 faiz artaraq 49,6 min hektara çatıb. Sair yazlıq bitkilərdə də 12,8 faiz artım müşahidə olunub.

MONETAR.AZ