Qlobal əmtəə bazarlarında son saatlarda kəskin dalğalanmalar qeydə alınıb. Kənd təsərrüfatı, metallar və enerji seqmentlərində qiymətlər fərqli istiqamətlərdə dəyişib.
Kənd təsərrüfatı əmtəələri üzrə əsas azalma yulafda müşahidə olunub. Yulafın qiyməti 4,49 faiz ucuzlaşıb. Qarğıdalı 1,99 faiz, şəkər isə 1,73 faiz dəyər itirib. Bu seqmentdə ən çox bahalaşan məhsul portağal şirəsi olub – 4,09 faiz artım qeydə alınıb. Arpa 0,83 faiz, günəbaxan yağı isə 0,57 faiz bahalaşıb.
Metallar bazarında litium karbonat 4,02 faiz ucuzlaşaraq günün ən çox dəyər itirən aktivlərindən biri olub. Eyni zamanda gümüş 3,34 faiz, mis 2,15 faiz, qızıl isə 1,05 faiz bahalaşıb.
Enerji bazarında isə kəskin dəyişikliklər qeydə alınıb. Metanol 7,79 faiz artımla günün ən çox bahalaşan enerji məhsulu olub. Bunun əksinə olaraq Avropada təbii qaz 6,25 faiz, Brent nefti 5,72 faiz, benzin 5,70 faiz, ABŞ markalı WTI nefti isə 5,55 faiz ucuzlaşıb.
Analitiklər bildirirlər ki, bazarlardakı bu dalğalanmalar qlobal tələbat, geosiyasi risklər və enerji təchizatı ilə bağlı qeyri-müəyyənliklərlə əlaqədardır.
MONETAR.AZ