Bu gün Asiya ticarət sessiyasında WTI markalı neftin fyuçerslərinin qiyməti yüksəlib.
Nyu-York Əmtəə Birjasında yanvar tədarüklü WTI fyuçersləri 1,08% bahalaşaraq bir barel üçün 85,84 dollara çatıb. Mənbədə sessiya ərzində qeydə alınan maksimum qiymət göstərilməyib. Həmin vaxt neft üçün dəstək səviyyəsi 79,07 dollar, müqavimət səviyyəsi isə 85,87 dollar olub.
ABŞ dollarının altı əsas valyutaya nisbətini əks etdirən USD indeksi 0,07% azalaraq 103,65 bəndə enib.
ICE birjasında fevral tədarüklü “Brent” markalı neftin fyuçersləri isə 0,74% bahalaşaraq bir barel üçün 92,35 dollar təşkil edib. “Brent” və WTI markalı neft arasındakı qiymət fərqi 6,51 dollar olub.
MONETAR.AZ