25 may – Ümumdünya Futbol Günüdür

25 may – Ümumdünya

BMT Baş Assambleyasının qərarına əsasən, 25 may tarixi Ümumdünya Futbol Günü kimi təsis olunub. Bu barədə qətnamə 2 il əvvəl, 1924-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunları çərçivəsində təşkil olunan ilk beynəlxalq futbol turnirinin 100 illiyi ilə əlaqədar qəbul edilib.

Qərara əsasən, 25 may tarixinin Ümumdünya Futbol Günü kimi qeyd olunması futbolun qlobal miqyasda birləşdirici rolunu vurğulamaq, eləcə də idmanın inkişafına və gənclər arasında futbolun təbliğinə dəstək vermək məqsədi daşıyır.

BMT-nin qərarı futbolun dünyanın ən populyar idman növü olaraq mədəni və sosial inteqrasiyada mühüm rol oynadığını bir daha ön plana çıxarır.

MONETAR.AZ