2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter və elektronika məhsullarının istehsalında ciddi azalma qeydə alınıb. Ən böyük geriləmə stolüstü kompüterlərin istehsalında müşahidə olunub.
Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkədə cəmi 174 ədəd stolüstü kompüter istehsal edilib. Bu, ötən ilin eyni dövrünün yalnız 10,3 faizi səviyyəsindədir.
Noutbuk istehsalı da azalıb. İlk dörd ay ərzində 692 ədəd noutbuk istehsal olunub ki, bu da illik müqayisədə 51,5 faiz azalma deməkdir.
Ölçmə cihazlarının istehsalı isə 66,5 faiz səviyyəsində qərarlaşıb və 112,2 min ədəd təşkil edib.
MONETAR.AZ