Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı əldə etmək istəyən şəxslər üçün noyabrın 18-də imtahan təşkil edəcək.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.
Namizədlərin diqqətinə çatdırılır ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirmələri mütləqdir.
Bu sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlərdəki məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda namizədin imtahana buraxılmasına icazə verilməyəcək.