Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi başlayır

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə

Mayın 21-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə start veriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin mərhələdə şəhid ailəsi üzvləri üçün aktiv olacaq.

Qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri mayın 21-i saat 11:00-dan etibarən şəxsi kabinetlərinə daxil olaraq vakant yerləri seçə biləcəklər. Bu mərhələ mayın 22-si saat 11:00-dək davam edəcək.

Daha sonra digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Bununla bağlı əlavə məlumatın ictimaiyyətə təqdim olunacağı bildirilib.

Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçim prosesini tamamladıqdan sonra isə elektron ərizələrini təsdiqləməyi unutmamaları tövsiyə edilir.

MONETAR.AZ