Musiqi platforması “Spotify” tarixində ən çox dinlənilən albomların siyahısını təqdim edib. Siyahıya Puerto-Rikolu müğənni Benito Antonio Martines Okasio, səhnə adı ilə Bad Bunny-nin “Sənsiz bir yay” (“Un Verano Sin Ti”) albomu başçılıq edir.
2022-ci ildə yayımlanan albom indiyədək 22,79 milyard dəfə dinlənilib və platforma tarixində ən böyük göstərici hesab olunur.
İkinci yerdə kanadalı müğənni Ebel Makkonen Tesfaye, səhnə adı ilə The Weekendin “Ulduz oğlan” (“Starboy”) albomu qərarlaşıb. Albomun ümumi dinlənmə sayı 20,97 milyarda çatıb. İlk üçlüyü isə britaniyalı ifaçı Ed Şiranın “Bölmə” albomu tamamlayır. Bu albom 18,99 milyard dəfə dinlənilib.
Araşdırmaya əsasən, ən populyar 20 albomun böyük əksəriyyəti 2015-ci ildən sonra yayımlanıb. Bu isə musiqi sənayesində rəqəmsal platformaların rolunun sürətlə artdığını göstərir.
Kanadalı reper Obri Dreyk Qrem, səhnə adı ilə Drake də “Baxışlar” (“Views”) və “Əqrəb” (“Scorpion”) albomları ilə yüksək nəticə göstərib.
Bad Bunnnin “İstədiyimi edirəm” (“YHLQMDLG”) albomu da 14 milyarddan çox dinlənmə toplayaraq siyahıda yer alıb.
Ən çox dinlənilən albomlar sırasında Teylor Svift, Dua Lipa, Billi Aylış və Oliviya Rodriqo kimi məşhur ifaçıların işləri də var.
MONETAR.AZ