Azərbaycanda kənd təsərrüfatı müəssisələrində açıq sahədə yetişdirilən tərəvəzin istehsal xərcləri ötən il azalıb.
Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə açıq sahədə istehsal olunan tərəvəzin bir sentnerinin maya dəyəri 16,6 manat təşkil edib.
Müqayisə üçün, 2024-cü ildə bu göstərici 22,3 manat olub. Beləliklə, bir il ərzində tərəvəzin bir sentnerinin maya dəyəri 5,7 manat və ya 25,6% aşağı düşüb.