2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana idxal edilən mal ətinin 1 kiloqramının orta dəyəri məhsulun növündən və hansı ölkədən gətirilməsindən asılı olaraq dəyişib.
Monetar.az xəbər verir ki, təzə və ya soyudulmuş, sümüyü ayrılmamış mal ətinin 1 kiloqramının orta idxal dəyəri 7,89 manat təşkil edib. Hesabat dövründə bu kateqoriya üzrə 727,15 ton məhsul 3 milyon 371,27 min ABŞ dolları dəyərində idxal olunub.
Təzə və ya soyudulmuş, sümüksüz mal ətinin 1 kiloqramının orta idxal dəyəri isə 25,45 manat olub. Bu məhsul üzrə 18,65 ton ət 279,1 min ABŞ dollarına idxal edilib.
Dondurulmuş, sümüyü ayrılmamış mal ətinin 1 kiloqramının orta idxal dəyəri 6,96 manat təşkil edib. Bu kateqoriya üzrə 1 562,95 ton məhsulun idxal dəyəri 6 milyon 400,47 min ABŞ dolları olub.
Dondurulmuş, sümüksüz mal ətinin idxalı isə həm həcm, həm də dəyər baxımından digər kateqoriyaları üstələyib. Belə ki, 6 297,07 ton məhsul 26 milyon 114,56 min ABŞ dollarına idxal edilib. Bu məhsulun 1 kiloqramının orta idxal dəyəri 7,07 manat olub.
Ölkələr üzrə göstəricilərə nəzər saldıqda, Belarusdan gətirilən təzə və ya soyudulmuş, sümüyü ayrılmamış mal ətinin 1 kiloqramının orta idxal dəyəri təxminən 7,83 manat təşkil edib. Həmin ölkədən 726,34 ton məhsul 3 milyon 343,82 min ABŞ dollarına alınıb.
Təzə və ya soyudulmuş, sümüksüz mal əti üzrə Ukraynadan idxal edilən məhsulun 1 kiloqramının orta dəyəri 10,61 manat olub. Bu ölkədən 13,52 ton ət 84,37 min ABŞ dollarına gətirilib.
Dondurulmuş, sümüyü ayrılmamış mal ətinin əsas təchizatçısı olan Ukraynadan 1 520 ton məhsul 6 milyon 202,48 min ABŞ dollarına idxal edilib. Beləliklə, həmin ətin 1 kiloqramının orta dəyəri 6,95 manat təşkil edib.
Dondurulmuş, sümüksüz mal əti üzrə Ukraynadan gətirilən məhsulun 1 kiloqramının orta idxal dəyəri 9,47 manat, Braziliyadan idxal edilən məhsulun isə 4,47 manat olub. Ukraynadan 2 940,24 ton ət 16 milyon 338,82 min ABŞ dollarına, Braziliyadan isə 2 675,3 ton ət 7 milyon 45,66 min ABŞ dollarına idxal edilib.