Bitcoin bu gün ucuzlaşaraq 74 min dollar səviyyəsindən aşağı enib. Kriptovalyuta bazarına təzyiqi əsasən ABŞ Federal Ehtiyat Sisteminin (FED) davamlı inflyasiyanı cilovlamaq məqsədilə yaxın aylarda faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı gözləntilərin güclənməsi artırıb.
ABŞ-da Demokratlar Partiyasının Konqresin hər iki palatasında əksəriyyət qazanmasından sonra tənzimləmə siyasətinin gələcək istiqaməti ilə bağlı qeyri-müəyyənlik də kriptovalyuta bazarına mənfi təsir göstərən amillər sırasındadır.
Bakı vaxtı ilə saat 10:56-ya olan məlumata görə, dünyanın ən böyük kriptovalyutası olan Bitkoin 1,2% ucuzlaşaraq 73 935 dollara enib.
Dolların möhkəmlənməsi və dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi fonunda Bitkoin gecə ticarəti zamanı son üç ayın minimumunu yeniləyib. Bununla yanaşı, spot birja fondlarından (ETF) kapital axınının cari həftədə də davam etməsi kriptovalyutanın qiymətinə əlavə təzyiq yaradıb.
Sərt pul siyasəti gözləntiləri, dolların güclənməsi və investisiya fondlarından vəsait çıxarılması Bitkoinin bazar mövqeyini zəiflədən əsas amillər olaraq qalır.
MONETAR.AZ