Qlobal borclanma təhlükəli həddə çatır

Qlobal borclanma təhlükəli

Qlobal borcun artması dünya iqtisadiyyatı üçün əsas risklərdən biri olaraq qalır.

Monetar.az xəbər verir ki,  dünya üzrə ümumi borcun 350 trilyon dolları keçdiyi bildirilir.

Yüksək borclanma hökumətlərin yeni iqtisadi böhranlar zamanı əlavə maliyyə tədbirləri görmək imkanlarını məhdudlaşdıra bilər. Faiz dərəcələrinin yüksək qalması borclu ölkələrin faiz ödənişlərini də artırır. Bu isə dövlət büdcələrində təhsil, səhiyyə və infrastruktur kimi sahələrə ayrılan vəsait üçün əlavə təzyiq yarada bilər.