Kredit ittifaqlarının kredit portfeli 14,3 faiz azalıb

Kredit ittifaqlarının kredit portfeli

Azərbaycanda kredit ittifaqlarının kredit portfeli 2026-cı ilin ilk 9 ayında 1,5 milyon manat azalıb.

Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2025-ci il dekabrın 31-də 10,5 milyon manat olan kreditlərin ümumi həcmi 2026-cı il sentyabrın 30-da 9 milyon manata düşüb. Bu, ilin əvvəlindən 14,3% azalma deməkdir.

Hesabat dövründə kredit ittifaqlarının cəmi aktivləri də 12,4 milyon manatdan 10,7 milyon manata enib. Beləliklə, aktivlər 1,7 milyon manat və ya 13,7% azalıb.

Kredit portfelinin aktivlərdəki payı isə 84,7%-dən 84,1%-ə düşüb.