Rumıniyada illik istehlak inflyasiyası sentyabrda sürətlənərək 6,61%-ə çatıb. Avqustda 6,17% təşkil edən göstərici analitiklərin 6,45%-lik median proqnozunu da üstələyib.
Rumıniya Milli Statistika İdarəsinin açıqladığı məlumatlara əsasən, ölkədə inflyasiya Mərkəzi Bankın müəyyən etdiyi 1,5–3,5%-lik hədəf diapazonundan yüksək olaraq qalır.
Aylıq müqayisədə istehlak qiymətləri sentyabrda 0,77% artıb. Hesabat dövründə ərzaq məhsulları 0,17%, qeyri-ərzaq malları 1,19%, xidmətlər isə 0,71% bahalaşıb.
Qeyri-ərzaq mallarının qiymətlərində daha yüksək artım qeydə alınması sentyabr ayında ümumi inflyasiyaya təsir edən əsas göstəricilərdən biri olub.
MONETAR.AZ