Azərbaycanda xarici ticarətlə 38 minədək subyekt məşğul olur

Azərbaycanda xarici ticarətlə
19 İyun 2025 08:34

Azərbaycanın xarici ticarət əlaqələri 161 ölkəni əhatə edir.

Bu ilin 5 ayında  Azərbaycanın xarici ticarət əməliyyatlarında 161 ölkə iştirak edib.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən ümumilikdə 37 642 ticarət iştirakçısı xarici iqtisadi fəaliyyət göstərib.

Rəqəmlər göstərir ki, xarici ticarət iştirakçılarının böyük əksəriyyəti fiziki şəxslər olub – onların sayı 28 947 nəfər təşkil edib.

Hüquqi şəxslər üzrə ümumi göstərici 8 695 olub. Onlardan 147-si dövlət sektoruna, 8 548-i isə özəl sektora aiddir.

MONETAR.AZ


Oxşar xəbərlər