Əmtəə bazarında bahalaşma dalğası

May ayında əmtəə bazarlarında qiymətlər əsasən artım meyilli olub. Bu artıma Çin iqtisadiyyatındakı sabit tələbat, ticarət gərginliklərinin azalması və geosiyasi risklərin zəifləməsi təsir edib.
ABŞ və Çin arasında ticarət danışıqlarında irəliləyiş, FED-in faiz endirimi ehtimallarını açıq saxlaması və dolların zəifləməsi də investorların əmtəəyə marağını artırıb.
Dəyəri ən çox artan məhsullar:
-
Platin – 9,4%
-
Kakao – 10,2%
-
Paladium – 3,1%,
-
Gümüş – 1,1% .
-
Qızıl isə demək olar ki, dəyişməz qalıb.
- Brent neft mayı 2,6% artımla,
-
Təbii qaz isə 10,6% bahalaşma ilə başa vurub.
-
Buğda və düyü qiymətləri yüksəlib — səbəb hava şəraitinin təsiri və istehsal riskləridir.
-
Qarğıdalı, soya, şəkər və pambıq isə ucuzlaşıb.
-
Ən çox ucuzlaşan qəhvə olub – 14,6% dəyər itirib. Bu, Kolumbiyada rekord məhsul istehsalı ilə əlaqələndirilir.