Bakıda 26-cı bal yarmarkası açılıb

Bakıda 26-cı bal yarmarkası

Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasına start verilib. Dekabrın 11-dək davam edəcək tədbirdə ölkənin 52 rayonundan 270-ə yaxın fermerin 100 tondan çox məhsulu satışa təqdim olunur.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məmmədəlizadənin sözlərinə görə, yarmarkada işğaldan azad edilmiş ərazilərdən 26 fermer də iştirak edir. Onların ümumilikdə 10 tona yaxın məhsulu satışa çıxarılıb. Şərqi Zəngəzurdan olan arıçıların sayı isə 17-dir.

Bütün məhsullar satışdan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Alıcılar istədikləri məhsulun keyfiyyətini yarmarkanın çıxışında yerləşən səyyar laboratoriyada da yoxlatdıra bilərlər.