Ukrayna Rusiyaya iki sahədə atəşkəs təklif etdi - Moskvanın cavabı gözlənilir

Ukrayna Rusiyaya iki sahədə atəşkəs təklif etdi -

Ukrayna Rusiya ilə müharibədə gərginliyin azaldılması məqsədilə Qara dənizdə və enerji sektorunda atəşkəsə nail olmağı təklif edib. Kiyev hazırda Moskvanın bu təkliflərə cavabını gözləyir.

Monetar.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, atəşkəslə bağlı təkliflər Ukraynanın tərəfdaşlarına çatdırılıb. Bu təşəbbüs Əbu-Dabidə keçirilən danışıqlarda da müzakirə olunan əsas məsələlərdən biri olub.

Sibiqa qeyd edib ki, Ukraynanın mövqeyi gərginliyin azaldılması, atəşkəsin təmin edilməsi və təhlükəsizlik zəmanətlərinin əldə olunmasından ibarətdir.

O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün müharibənin başa çatmasını sürətləndirə biləcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 10-da Ukrayna, ABŞ və Rusiya arasında uzun fasilədən sonra üçtərəfli danışıqlar bərpa olunub. Əbu-Dabidə keçirilən görüşün ilk mərhələsi başa çatıb, danışıqların noyabrın 11-də davam etdirilməsi planlaşdırılır.