Cari ilin yanvar–may aylarında Azərbaycandan MDB ölkələrinə 787 milyon 289,7 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz və ya 134 milyon 208,9 min dollar çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycan MDB ölkələrindən 1 milyard 396 milyon 742,6 min dollar dəyərində məhsul idxal edib. Bu isə illik müqayisədə 48,5 faiz və ya 1 milyard 316 milyon 404,3 min dollar azalma deməkdir.
Hesabata əsasən, yanvar–may aylarında MDB ölkələrinə ixrac Azərbaycanın ümumi ixracının 5,64 faizini, həmin ölkələrdən idxal isə ümumi idxalın 20,49 faizini təşkil edib.