Çin yuanı 2023-cü ildən bəri ən güclü mövqeyə çatıb  

 Çin yuanı 2023-cü ildən bəri

Çin yuanı ABŞ dollarına qarşı möhkəmlənərək son üç il yarımın ən yüksək göstəricisini qeydə alıb. Yuan dollar qarşısında 6,75 səviyyəsinə yüksəlib ki, bu da 2023-cü ilin fevralından bəri ən yüksək həddir.

Monetar.az xəbər verir ki, son dörd həftə ərzində dollar/yuan məzənnəsi 0,59 faiz, son 12 ay ərzində isə 6,32 faiz azalıb.

Analitiklərin fikrincə, yuanın möhkəmlənməsi Çin valyutasına tələbin artması və dolların qlobal bazarlarda zəifləməsi ilə əlaqədardır. Bu dinamika Çin iqtisadiyyatı və ölkənin xarici ticarət göstəriciləri üçün mühüm amil hesab olunur.