Avropanın hansı ölkəsində ucuzluqdur?

Avropanın hansı ölkəsində
18 İyun 2025 14:55

Eurostat may ayı üzrə inflyasiya hesabatını açıqlayıb. Məlumata görə, Avropa İttifaqında (AB) illik inflyasiya 2,4 %, Avrozonada isə 1,9 % təşkil edib. Hər iki göstərici son dörd ayda ardıcıl şəkildə enən inflyasiya trendinin davam etdiyini göstərir.

AB və Avrozonada may ayında aylıq istehlak qiymətləri dəyişməyib, bu isə son üç ayın ardından sabitlik əlaməti kimi qiymətləndirilir. Aylıq inflyasiyanın ən yüksək olduğu ölkələr Malta (1,7 %), Şimali Makedoniya (1,6 %) və Türkiyə (1,5 %) olub. Ən aşağı göstəricilər isə Belçika və Bolqarıstanda qeydə alınıb (hər ikisində 0,1% azalma).

İllik müqayisədə yalnız enerji məhsullarının qiymətində azalma müşahidə olunub. Aylıq əsasda isə həm enerji, həm də tütün məhsulları üzrə qiymət enişi qeydə alınıb. Ən yüksək illik artım işlənməmiş ərzaq, içki və tütün məhsulları qrupunda olub.

İnflyasiyanın aşağı olduğu ölkələr sırasına İsveçrə (-0,2 %), Kipr (0,4%) və Fransa (0,6 %) daxildir. Ən yüksək illik inflyasiya isə Türkiyədə (34,5%), Rumıniyada (5,4%) və Estoniyada (4,6%) qeydə alınıb.

MONETAR.AZ


Oxşar xəbərlər