Dünyada hər 5 gənc qadından biri 18 yaşına çatmadan ailə qurub

Dünyada hər 5 gənc qadından biri 18 yaşına çatmadan

2024-cü il üzrə məlumatlara əsasən, dünyada gənc qadınların təxminən 20 faizi 18 yaşına çatmadan ailə qurub. Uşaq nikahları xüsusilə bəzi inkişaf etməkdə olan ölkələrdə geniş yayılıb.

Monetar.az xəbər verir ki, müxtəlif ölkələrdə nikah və boşanma göstəriciləri ciddi şəkildə fərqlənir. Avropa İttifaqı ölkələri arasında ən yüksək nikah səviyyəsi Rumıniyada, ən aşağı göstəricilər isə Sloveniya və İtaliyada qeydə alınıb.

Uşaq nikahları ilə bağlı vəziyyət də diqqət çəkir. Hindistanda 18 yaşına çatmadan ailə qurmuş qadınların sayının 222,4 milyon olduğu təxmin edilir.

ABŞ-da 2024-cü ildə eyni cinsdən olan şəxslərin rəsmi nikahda olduğu ailələrin sayı təxminən 836 min, nikahda olmayan cütlüklərin sayı isə 551 min olub.

Nikah xərcləri də ölkələr üzrə ciddi fərqlənir. Böyük Britaniyada 2026-cı ildə toy məkanının icarəsi orta hesabla 6 min funt sterlinqdən çox, iaşə xidmətləri isə təxminən 5 500 funt sterlinq qiymətləndirilir.

Cənubi Koreyada isə 2024-cü ildə yeni evlənənlərin toyla bağlı orta xərcləri 361,7 milyon von təşkil edib. Bu məbləğin ən böyük hissəsi mənzil xərclərinin payına düşüb.