İşlənmiş smartfon almağı planlaşdıran şəxslər cihazın batareyasının vəziyyətini və əvvəllər dəyişdirilib-dəyişdirilmədiyini əvvəlcədən yoxlaya bilərlər. BGR nəşrinin məlumatına görə, bunun üçün həm telefonun xarici görünüşünə, həm də proqram təminatındakı göstəricilərə diqqət yetirmək lazımdır.
Nəşrin müəllifi Kristin Perso ilk növbədə smartfonun korpusunu diqqətlə nəzərdən keçirməyi tövsiyə edir. Ekranla çərçivə arasındakı qeyri-bərabər birləşmələr, uyğun gəlməyən vintlər və ya batareyanın üzərində markalanmanın olmaması cihazın əvvəllər təmir edildiyinə işarə edə bilər. Bununla belə, yalnız xarici görünüşə əsaslanmaq kifayət deyil.
iPhone istifadəçiləri batareyanın vəziyyətini yoxlamaq üçün “Настройки” bölməsindən “Аккумулятор” və daha sonra “Состояние аккумулятора” menyusuna keçə bilərlər. Batareyanın maksimum tutumu 80%-dən aşağıdırsa, Apple onun dəyişdirilməsini tövsiyə edir.
Android cihazlarında isə müvafiq göstəriciləri “Настройки” bölməsinin “Батарея и зарядка” alt menyusunda yoxlamaq mümkündür.
Personun sözlərinə görə, iPhone smartfonlarında batareyanın əvvəllər dəyişdirilib-dəyişdirilmədiyini də müəyyən etmək olar. Bunun üçün “Настройки” bölməsində “Основные”, daha sonra “Об этом устройстве” menyusuna daxil olaraq hissələrin və xidmət tarixçəsinə baxmaq lazımdır. Burada əvvəlki təmirlərlə bağlı məlumatlar, eləcə də tanınmayan batareya barədə xəbərdarlıqlar göstərilə bilər. Samsung və Google smartfonlarında da oxşar diaqnostika imkanları mövcuddur.
Müəllif alışdan əvvəl satıcıdan batareyanın dəyişdirilib-dəyişdirilmədiyini, hansı ehtiyat hissələrindən istifadə olunduğunu və təmiri təsdiqləyən sənədlərin olub-olmadığını soruşmağı məsləhət görür.
Qeyri-orijinal batareyalar daha sürətlə enerji itirə, gec enerji yığa, həddindən artıq qıza və ya telefonun qəfil sönməsinə səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl MakeUseOf nəşri smartfon üçün enerji adapteri seçərkən yalnız onun gücünə deyil, dəstəklədiyi enerji təchizatı standartlarına da diqqət yetirməyin vacibliyini vurğulamışdı.
MONETAR.AZ