Bitcoin 60 min dollardan aşağı düşüb

Bitcoin 60 min dollardan

Bitcoin bu gün ucuzlaşaraq 60 min dollar həddindən aşağı düşüb. ETF-lərdən davam edən kapital axını və derivativlər bazarındakı dəyişkənlik iri investorların aktiv alışlarını üstələyərək kriptovalyutanın qiymətində eniş təzyiqini artırıb.

Saat 09:59-a olan məlumata görə, dünyanın ən böyük kriptovalyutası 3,32% dəyər itirərək 59 711,8 dollara geriləyib. Bununla da Şükranlıq Günü ərzində əldə etdiyi bütün artımı itirib. Cümə günü Deribit birjasında təxminən 7 milyard dollar dəyərində opsion müqavilələrinin müddətinin başa çatması fonunda Bitkoinin qiyməti gün ərzindəki 62 125 dollarlıq maksimumdan 58 719 dollara qədər enib.

Noyabr ayında Bitcoin üzrə spot ETF-lərdən çıxarılan vəsaitin həcmi 5 milyard dolları ötüb. Bu göstərici institusional investorların tələbinin zəif qaldığına işarə edir. Eyni zamanda, ümumi kriptovalyuta bazarında likvidasiyaların həcmi 478 milyon dollara çatıb.

BIT Research analitikləri bildiriblər ki, opsion müqavilələrinin müddətinin başa çatması dilerlərin hecləşdirmə əməliyyatlarından qaynaqlanan satış təzyiqini müvəqqəti azalda bilər. Bununla belə, dekabr ekspirası ərəfəsində qiymət enişindən sığortalanmağa yönəlmiş tələbin artıq formalaşdığı barədə xəbərdarlıq ediblər.

MONETAR.AZ