“ANC GROUP” qiymət manipulyasiyasına görə cərimələndi

“ANC GROUP” qiymət manipulyasiyasına görə
18 İyun 2025 16:32

İstehlakçılara qarşı diqqətsiz münasibət daha bir böyük market şəbəkəsinə baha başa gəldi. “ANC GROUP” MMC tərəfindən idarə olunan mağazalardan birində qida məhsulunun üzərində göstərilmiş qiymətdən daha yüksək qiymətə satılması faktı müəyyən olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin apardığı yoxlama nəticəsində pozuntu təsdiqlənib.

Müvafiq qanunvericiliyə əsasən, bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndi ilə ziddiyyət təşkil edir. 🔹 Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə cərimə tətbiq olunub.

MONETAR.AZ


Oxşar xəbərlər