Humanoid robotlar üçün süni intellekt startapı satın alınb

Humanoid robotlar üçün süni intellekt startapı

Meta Platforms şirkəti robotlar üçün süni intellekt modelləri hazırlayan Assured Robot Intelligence startapını satın alıb. Bu barədə Bloomberg məlumat yayıb. Sövdələşmə humanoid robotların yaradılmasına yönəlmiş geniş təşəbbüsün bir hissəsidir. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.

Şirkətin rəhbəri Mark Zuckerberg bildirib ki, startap “robotlara dinamik mühitdə insan davranışını anlamaq, proqnozlaşdırmaq və uyğunlaşmaq qabiliyyəti verən robot intellektinin qabaqcıl inkişafı ilə məşğuldur”. Layihənin əməkdaşları Metanın Superintelligence Labs tədqiqat bölməsinə qoşulacaq və ötən il humanoid robot texnologiyaları üzərində işləmək üçün yaradılmış Robotics Studio komandası ilə əməkdaşlıq edəcəklər.

Meta-nın robototexnika komandası artıq humanoid robotların həm fiziki quruluşu (“hardware”), həm də süni intellekt əsasını hazırlayır. Mütəxəssislər sensorlar, proqram təminatı və digər texnologiyalar üzərində işləyirlər. Şirkət bu texnologiyaları gələcəkdə digər bazar iştirakçılarına da təqdim etməyi planlaşdırır.

Humanoid robotlar insan kimi hərəkət edə və fiziki iş görə bilən futuristik maşınlardır. Bu Meta üçün prioritet istiqamətlərdən biridir. Bu sahədə Tesla, AlphabetAmazon kimi digər texnologiya nəhəngləri də aktiv şəkildə çalışır.

Bununla belə, The Wall Street Journal yazır ki, investorlar şirkətin İİ və robototexnikaya yönəlmiş böyük xərclərinə skeptik yanaşırlar. Maliyyə nəticələrinin açıqlanmasından sonra Meta-nın səhmləri 9,4% ucuzlaşıb.

MONETAR.AZ