Apple iPhone 17 xəttinə rekord tələbatın olduğunu bildirib. Rəqəmsal xidmətlər üzrə rekord satışlar texnologiya nəhənginə analitiklərin gözləntilərini üstələməyə imkan verib. Ötən rüb ərzində şirkətin mənfəəti 29,6 milyard dollar, gəliri isə 111,2 milyard dollar təşkil edib.
Agence France-Presse-in məlumatına görə, şirkətin baş icraçı direktoru Tim Kuk bu dövrü “tarixdə ən uğurlu mart rübü” adlandırıb. Onun sözlərinə görə, smartfon satışları demək olar ki, bütün regionlarda iki rəqəmli artım nümayiş etdirib.
Aprelin 20-də Tim Kuk bildirib ki, o, baş icraçı direktor vəzifəsini tərk edərək şirkətin direktorlar şurasının icraçı sədri olacaq. Onun yerinə hazırda aparat mühəndisliyi üzrə vitse-prezident vəzifəsini tutan Con Ternus təyin edilib.
MONETAR.AZ