Avropada qaz qiymətləri İranla uzanan münaqişə fonunda artır

Avropada qaz qiymətləri İranla uzanan

Avropada qaz qiymətləri bugün yüksəlib. Buna səbəb İranla bağlı münaqişədə irəliləyişin görünməməsi və Hörmüz boğazı vasitəsilə tədarükün ciddi şəkildə pozulmasıdır.

ICE birjasının məlumatına görə, Bakı vaxtı ilə saat 13:50-yə əsasən, Niderlandın TTF qaz qovşağı üzrə baza fyuçers müqaviləsinin qiyməti 1 meqavat-saat üçün 46,580 avroya yüksəlib.

Donald Tramp bildirib ki, ABŞ tərəfindən İrana qarşı tətbiq olunan dəniz blokadası davam edəcək. Halbuki o, daha əvvəl iqtisadi təzyiqin Tehranın razılaşmaya gəlməsinə səbəb olacağına ümid etdiyini qeyd etmişdi.

Eyni zamanda, İranın ali rəhbəri Möctaba Xameney dünən nadir açıqlamasında ölkəsinin Hörmüz boğazı üzərində nəzarəti saxlayacağını və Tehranın nüvə və raket proqramları ilə bağlı maraqlarını qoruyacağını vurğulayıb.

MONETAR.AZ