Qızıl, fındıq və mis ixracda liderdir – əsas bazar Rusiyadır

Qızıl, fındıq və mis ixracda liderdir –

2026-cı ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracında məhsul və bazar strukturu dəyişməz olaraq qalır. İxrac edilən məhsullar arasında qızıl 95,3 milyon dollarla birinci yerdə qərarlaşıb. Onu meşə fındığı (68,3 milyon dollar) və mis filizləri (60,8 milyon dollar) izləyir.

Mart ayı üzrə də liderlik qızıla məxsus olub - 34,6 milyon dollar. Bu dövrdə pambıq lifi (25,5 milyon dollar) və tomat (18,5 milyon dollar) növbəti yerlərdə qərarlaşıb.

İxrac coğrafiyasında isə Rusiya Federasiyası əsas tərəfdaş olaraq qalır – bu ölkəyə 211,6 milyon dollarlıq məhsul göndərilib. Daha sonra Türkiyə (139,9 milyon dollar), Gürcüstan (120,7 milyon dollar), İsveçrə (103,4 milyon dollar) və Ukrayna (42,7 milyon dollar gəlir.

MONETAR.AZ