Mayın 6-dan birinci siniflərə qəbul başlayır

Mayın 6-dan birinci siniflərə

Mayın 6-dan 2026–2027-ci tədris ili üzrə ümumtəhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlanır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Birinci sinfə elektron qəbul ölkə üzrə bütün ümumtəhsil müəssisələrini əhatə edir.

Qeyd olunub ki, bu il Azərbaycan bölməsi üzrə təxminən 81 min uşaq məktəbəqədər qruplardan avtomatik olaraq birinci sinfə keçirilir.

Agentlik valideynlərin diqqətinə çatdırır ki, birinci sinfə qeydiyyat zamanı uşağın şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Əsas məqsədlərdən biri qəbul prosesinin hər bir valideyn üçün əlçatanlığını təmin etməkdir.