İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nı açıqlayıb. Hesabata əsasən, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə xüsusilə yeyinti məhsulları ixracında əhəmiyyətli artım qeydə alınıb. Belə ki, ərzaq məhsullarının ixracı 25,1% artaraq 281 milyon dollara yüksəlib.
Məhsul qrupları üzrə dinamika da diqqət çəkir. Şəkər ixracı 4,5 dəfə, pambıq iplik 2 dəfə artıb. Eyni zamanda bitki və heyvan mənşəli yağlar 68,4%, pambıq lifi 43,5%, meyvə-tərəvəz 22,1%, alüminium məhsulları 20,4%, çay 15,1% artıb.
MONETAR.AZ