Avrozonada iqtisadi əhval-ruhiyyə 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Avrozonada iqtisadi əhval-ruhiyyə 2020-ci ildən bəri

Avrozonada iqtisadi gözləntiləri ölçən Avrozonanın İqtisadi İnam İndeksi aprel ayında ardıcıl üçüncü dəfə azalaraq 93,0 bəndə enib. Bu göstərici 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyədir və bazar gözləntisi olan 95,2 bənddən də zəif olub.

Məlumatlara əsasən, iqtisadi əhval-ruhiyyənin pisləşməsi bütün sahələr üzrə müşahidə edilib. Xüsusilə istehlakçılar, xidmət sektoru və pərakəndə satış sahəsində daha kəskin eniş qeydə alınıb. Eyni zamanda istehsal və tikinti sektorlarında da zəifləşmə davam edib.

Ayrı-ayrı ölkələr üzrə göstəricilərə baxıldıqda, ən böyük azalma Almaniya, Fransa, İtaliya və Niderlandda qeydə alınıb. İspaniyada isə azalma daha nisbətən yumşaq olub.

İqtisadçılar bildirirlər ki, əsas səbəblərdən biri Yaxın Şərqdə davam edən müharibə və bunun enerji bazarlarına təsiridir. Artan neft və qaz qiymətləri region iqtisadiyyatında qeyri-müəyyənliyi gücləndirib.

Eyni zamanda inflyasiya gözləntilərində də ciddi artım müşahidə olunur. İstehlakçıların qiymət artımı gözləntiləri son aylarda yüksələrək 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. İstehsalçılar tərəfindən satış qiymətləri ilə bağlı gözləntilər də son üç ilin zirvəsinə yüksəlib.

Analitiklər hesab edir ki, enerji qiymətlərindəki təzyiq davam edərsə, Avrozonada iqtisadi aktivlik və istehlakçı etimadı yaxın dövrdə də zəif qalacaq.

MONETAR.AZ