2026-cı ilin mart ayı üzrə Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 14 milyard manatı ötüb. Rəsmi statistikaya görə, ölkədə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 22,4 milyona çatıb ki, bunun da böyük hissəsini debet kartları təşkil edir.
Məlumata əsasən, ümumi kartların 18,3 milyonu debet, 3,4 milyonu isə kredit kartlarıdır. Bu isə bazarda debet kartlarının hələ də dominant mövqedə olduğunu göstərir.
Hesabat dövründə kartlar vasitəsilə 260,6 milyon əməliyyat həyata keçirilib. Əməliyyatların əsas hissəsi nağdsız ödənişlərin payına düşüb .
Debet kartları əməliyyatların əsas yükünü daşıyır. Mart ayında debet kartları ilə 247,3 milyon əməliyyat aparılıb və onların ümumi həcmi 13,4 milyard manat təşkil edib. Kredit kartları üzrə isə 13,3 milyon əməliyyat qeydə alınıb və ümumi dövriyyə 714 milyon manat olub.
Statistika göstərir ki, həm debet, həm də kredit kartları üzrə əməliyyatların böyük hissəsi ölkə daxilində həyata keçirilir. Xaricdə aparılan əməliyyatlar isə ümumi portfeldə nisbətən kiçik paya malikdir. Mövcud dinamika nağdsız ödənişlərin genişlənməsi baxımından müsbət siqnal olsa da, kredit kartlarının aşağı payı bu seqmentdə hələ də inkişaf potensialının yüksək olduğunu göstərir.
MONETAR.AZ