2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azalaraq 838,2 minə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə gecələmələrin əsas hissəsi paytaxtın payına düşür. Belə ki, ümumi gecələmələrin 57,8%-i Bakıda qeydə alınıb. Digər regionlar arasında Qusar (9,6%), Naftalan (5,6%), Quba və Qəbələ (hər biri 3,5%) daha çox paya malik olub.
Bununla yanaşı, xarici turistlərin aktivliyində artım müşahidə olunub. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilən gecələmələrin sayı 1,8% artaraq 493,6 minə çatıb və ümumi gecələmələrin 58,9%-ni təşkil edib. Xarici qonaqların böyük hissəsi Rusiya, Türkiyə və Hindistan vətəndaşları olub.
Əcnəbi turistlərin əsas istiqaməti yenə də Bakı olub – onların gecələmələrinin 78,9%-i paytaxtda qeydə alınıb. Yerli turistlərin gecələmələrinin sayı isə 344,6 min təşkil edib ki, bu da ümumi göstəricinin 41,1%-i deməkdir.
MONETAR.AZ