İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75 faiz səviyyəsində saxlayıb

İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75 faiz

İngiltərə Bankı gözlənildiyi kimi əsas faiz dərəcəsini 3,75% səviyyəsində dəyişməz saxlayıb. Bununla yanaşı, qurum İranda baş verən müharibənin qlobal enerji qiymətləri ilə bağlı yüksək qeyri-müəyyənlik yaratdığını vurğulayıb.

Bank bildirib ki, pul-kredit siyasəti enerji daşıyıcılarının qiymətlərinə birbaşa təsir göstərə bilməsə də, faiz dərəcələri elə müəyyən ediləcək ki, iqtisadiyyatın bu dəyişikliklərə uyğunlaşması tənzimləyicinin 2% inflyasiya hədəfinə davamlı şəkildə nail olunmasını təmin etsin.

Qurum qeyd edib ki, bu məqsədə çatmaq üçün tələb olunan siyasət qərarları şokun miqyasından və müddətindən, eləcə də onun iqtisadiyyata necə ötürülməsindən asılı olacaq.

MONETAR.AZ