Kriptovalyuta bazarında tanınmış investor və “Maykl Terpin”, həmçinin “kriptovalyutanın xaç atası” kimi tanınan şəxs, Bitcoin qiymətində daha dərin enişin mümkün olduğunu bildirib.
Onun proqnozuna görə, bitkoinin minimum səviyyəsi təxminən 57 000 dollar ola bilər və bu enişin 2026-cı ilin oktyabrına qədər baş verməsi ehtimal edilir. Terpin hesab edir ki, 2026-cı ildə yeni rekord (tarixi maksimum) gözlənilmir.
İnvestorun fikrincə, 80 000 dollarlıq psixoloji səviyyəninqırılması bazarda zəiflik siqnalıdır. O həmçinin neft qiymətlərinin artmasını və qlobal makroiqtisadi təzyiqləri kriptobazar üçün mənfi faktor kimi qiymətləndirir.
Onun sözlərinə görə, yeni yüksəliş trendinin başlaması üçün bitkoinin yenidən 100 000 dollar üzərinə qalxması lazımdır.
Lakin bütün analitiklər bu fikirlə razılaşmır. Bəzi ekspertlər bitkoinin 60 000 dollar ətrafında “dibi” formalaşdırdığını və bundan sonra yeni yüksəliş dalğasının başlaya biləcəyini düşünürlər. Onlar xüsusilə ETF fondlarına artan kapital axınını və bazarın geosiyasi gərginliklərə davamlılığını əsas göstərirlər.
Digər analitik Ceyson Fernandes isə bildirir ki, bazarda likvidlik hələ də zəifdir və monetar siyasətdə ciddi dəyişiklik olmadan eniş riskləri qalır.
Bunun əksinə, Mati Qrinspen Terpinin proqnozunu həddindən artıq pessimist hesab edir və institusional investorların artan marağının yeni rekordlara səbəb ola biləcəyini istisna etmir.
MONETAR.AZ