Dünya bazarlarında qızılın qiyməti enərək bir unsiya üçün 4550 dollardan aşağı düşüb. Bu, son bir ayda qeydə alınan ən aşağı səviyyə hesab olunur.
Qiymət azalmasına əsas səbəb kimi enerji daşıyıcılarının bahalaşması və bunun aparıcı mərkəzi bankların sərt pul-kredit siyasətinə təsiri göstərilir. ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşması olmadan yaxın vaxtlarda sazişin mümkün olmadığını bildirdikdən sonra neft və qaz qiymətləri yüksəlib və Yaxın Şərqdən enerji ixracının məhdud qalacağı gözləntiləri güclənib.
Artan enerji qiymətləri Federal Açıq Bazar Komitəsi (FOMC) üzvləri arasında da fikir ayrılığı yaradıb. ABŞ-ın ABŞ Federal Ehtiyat Sistemi (FED) son iclasında faiz dərəcələri dəyişməz saxlanılsa da, bəzi üzvlər yumşaq siyasət siqnallarına etiraz ediblər.
Mütəxəssislər qeyd edir ki, yüksək faiz dərəcələri gəlir gətirməyən aktiv kimi qızılın cəlbediciliyini azaldır və nəticədə qiymətlərə təzyiq göstərir.
Eyni zamanda, Yaponiya Mərkəzi Bankı da son iclasında sərt siqnallar verib. Avropa Mərkəzi Bankı və İngiltərə Bankının da yaxın vaxtlarda faiz qərarları açıqlayacağı gözlənilir.
MONETAR.AZ